Şənbə , Aprel 20 2024
azfa

İşğalçı fars rejim Azərbaycanlı fəal Rəhim Qulaminin zaminə buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildəki prokurorunun müavini Nonəhal 2019-cu il mart ayının 14-də azərbaycanlı milli-mədəni fəal Rəhim Qulaminin mülki vəsiqə qərarını rədd edərək, onun zaminə buraxılmasına mane olub.

Azərbaycanlı fəala qarşı irəli sürülən saxta ittihamlara baxılıb. Fəalın sistemin əleyhinə təbliğat aparmaq və rejimin rəsmilərini təhqir etməkdə ittiham olunduğu açıqlanıb və onun zaminə buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə qərarı da çıxarılıb.

Rejimin Ərdəbildə yerləşən prokurorunun müavini Nonəhal isə mülki vəsiqə qərarını qanunsuz olaraq rədd edib.

Qeyd edək ki, azərbaycanlı fəal, şair, araşdırmaçı və yazıçı Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarındandır. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Bu yaxınlarda isə fəalın türkcə yazdığı sözlüyü rejimin məmurları oğurlayıb.

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın