İşğalçı fars rejim azərbaycanlı fəal Şahin Bərzgəri həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim  dünən 2019-cu il yanvar ayının 30-da azərbaycanlı fəal Şahin Bərzgəri həbs edib. Fəalın həbsi onun rejim tərəfindən 3 ay ədalətsizcəsinə həbsə məhkum olunması ilə bağlı. Fəal artıq həbs müddətini keçirmək üçün rejimin Təbrizdə yerləşən zindanına salınıb.

Qeyd edək ki, Şahin Bərzgər Azərbaycan milli rəqsi ustasıdır və əsgərlik xidmətində olarkən Təbrizdə azərbaycanlı musiqi ustadı Həsən Dəmirçinin dəfn mərasimində iştirak edəndən sonra yaxalanmışdır. Fəal 70 milyon tümənlik mülki vəsiqə ilə zaminə buraxılmışdır.

Azərbaycanlı fəal həmçinin 3 ay əlavə hərbi xidmətlə də cəzalandırılıb və Piranşəhr sərhəd bölgəsində əlavə 3 ay hərbi xidmətdə saxlanılıb.

İşğalçı fars rejimin məhkəməsi fəalı dəfn mərasimində bozqurd işarəsi göstərdiyi üçün isə 3 ay həbsə məhkum edib.

Rejimin Apelyasiya məhkəməsi də azərbaycanlı fəala qarşı həmin ədalətsiz hökmü olduğu kimi qüvvədə saxlayıb və hazırda fəal həbs olunub.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın