Çərşənbə , Aprel 24 2024
azfa

İşğalçı fars rejimin Apelyasiya Məhkəməsi rejimin azərbaycanlı fəal barəsində 1 illik həbs qərarını təsdiq edib – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbilşəhərində yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami barəsində rejimin məhləməsinin haqsız olaraq çıxardığı 1 illik həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Bu barədə rejimin Apelyasiya Məhkəməsinin qərarı 2018-ci il noyabr ayının 22-də Kiyumərs İslamiyə göndərilib.

Göndərilən qərarda  illik həbsin hansı səbəbdən təsdiqləndiyi açıqlanmadan yazılıb: “Etirazçı məhkəmə hökmünün dəyişdirilməsinə əsas yaradan heç bir dəlil və ya sənəd təqdim etməyib. Əslində etiraz məktubunda yeni heçə nə qeyd olunmayıb, yazılan  dəlillər qərar çıxaran məhkəmənin gördüyü materialları təkrarıdır. Ona görə də etiraz rədd edilərək, məhkəmənin həbs qərarı olduğu kimi qüvvədə saxlanılır”.

Qeyd edək ki, ilk öncə irqçi fars rejimin Parsabad şəhərində yerləşən 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı milli-mədəni fəalı şərləyərək onu “pantürkizm və bölücülük”də ittiham etmiş və 1 il həbsə məhkum etmişdir.

Azərbaycanlı fəalın Babək Qalası Qurultayına qatılmaq cəhdi, eləcə də məqalələrində “Güney Azərbaycan” terminindən istifadə etdiyi üçün rejimin məhkəməsi ona həbs cəzası verib.

Fəal 2018-ci il iyulun 4-ü Babək Qalası Qurultayı ərəfəsində Parsabadda öz evində yaxalanıb. O 37 gün saxlandıqdan sonra avqustun 9-da mülki vəsiqə qarşılığında Muğan zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq 9 gün aclıq aksiyası keçirmişdir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın