İşğalçı fars rejimin rəsmisi İranda internetə girişin daha da məhdudlaşdırılmasını istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, onsuzda əhalinin internetə girişini məhddlaşdıran rejim əhalinin internetə girişini daha da məhdudlaşdırıb ölkəni orta əsr üsulu ilə idarə etməyi düşünür.

Rejimin Baş prokuroru Məhəmməd Cəfər Müntəziri bu istiqamətdə deyib ki, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq və bunun üçün İranda internetə girişin məhdudlaşdırılmasına ehtiyac var.

Məhəmməd Cəfər Müntəziri deyib: “İnternetə girişin tarixi prosesə bağlı olduğunu düşünənlər var. Ancaq belə deyil, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq”.

Rejimin rəsmisi iddia edib ki, İrana düşmən kəsilən ölkələr sosial media vasitəsilə ölkəsinə qarşı psixoloji savaş aparır.

Qeyd edək ki, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azeri Cehromi iki gün əvvəl ölkədə internetə girişin məhdudlaşdırılmasının yeni problemlər yaradacağını söyləmişdi.

Bildirilib ki, İranda internet istifadəçilərinin 55 faizi “Telegram”dan, 23 faizi “İnstagram”dan istifadə edir. Sıralamda üçüncü yeri “Twitter” tutur. “Twitter”dən istifadə qadağan edilsə də, İranın rəhbəri Əli Xamənei, prezidenti Həsən Ruhani, habelə xarici işlər naziri Məhəmməd Cavad Zərif bu informasiya vasitəsindən yararlanırlar.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın