Şənbə , Aprel 20 2024
azfa

İşğalçı fars rejimin sanksiyalardan yayınma yollarının biri məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin sanksiyalardan yayınma yollarının biri məlum oldu. Rejimin tankerləri öz transponderlərini söndürürlər ki, peyk vasitəsilə onların yerlərini müəyyən etmək mümkün olmasın.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib. Onun sözlərinə görə, artıq indiyə kimi ondan çox tanker belə addım atıb:

“Transponderlər gəmilərə imkan verir ki, digər gəmilərlə toqquşmalardan qaçsınlar, limanlardakı dispetçerlərlə əlaqə yarada bilsinlər. Eyni taktikadan İran 2012-ci ildə də istifadə edib. İçi neftlə dolu bu cür tankerlərin qəzaya düşməsi nəinki insanların ölümünə, həm də ekoloji fəlakətə səbəb ola bilər”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın