GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail ordusu Suriya ərazisindəki İranın terrorçu qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.
Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
İsrail ordusunun Tvitter hesabında terrorçu Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.
Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.