Şənbə , Aprel 20 2024
azfa

İsrail İranının dağıdıcı hərəkətlərinə qarşı xüsusi ordu yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail ordusu İran tərəfindən gələ biləcək təhdidlərə qarşı mübarizə məqsədilə xüsusi təyinatlı dəstə yaradacaq.

Bu barədə “Sürətlənmə” adlı 5 illik iş planında qeyd olunub.

İctimaiyyətlə paylaşılan plana görə, xüsusi təyinatlı qüvvələrə “İran Direktorluğu” adı veriləcək. Bu birlik generalın nəzarətində olacaq və Tehranın nüvə proqramı ilə yanaşı, Suriyadakı hərbi fəaliyyətinə diqqətini yönəldəcək.

“İran Direktorluğu” həmçinin, İsrail ordusunun strateji və beynəlxalq münasibətlərinin təkmilləşdirilməsi mövzularında da işlər görəcək.

Bu yay fəaliyyətə balanması gözlənilən dəstənin böyüklüyü və neçə nəfərin xidmət etməsi ilə bağlı bilgilər gizli saxlanıb.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın