Cümə , Aprel 26 2024
azfa

İsrailin bombardumanlarına cavab verə bilməyən irqçi fars rejim ABŞ-ı Suriyadan çıxara biləcəyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tez-tez İsrailin bombardumanlarına cavab verə bilməyən irqçi fars rejim ABŞ-ı Suriyadan çıxara biləcəyini iddia edir.

İran Ali dinin liderinin müşaviri Əli Əkbər Vilayəti deyib ki, Suriya hakimiyyəti müraciət edəcəyi təqdirdə İran bu ölkədən bütün Amerika qoşunlarını çıxarmağa hazırdır.

O iddia edib ki, ABŞ Suriya neftini oğurlayır, Donald Tramp isə Suriya xalqının iradəsinə qarşı gedərək onu mənimsəyir.

Sivil insanları gülləboran etməyə göstəriş verən rejimin rəsmisi Vilayəti Ağ Ev rəhbərini “beynəlxalq oğru” adlandırıb:

“Biz ümid edirik ki, yaxın zamanda ABŞ-ın Suriya regionlarında qanunuz nəzarəti bitəcək. Həmçinin suriyalılar buna adekvat cavab verib bu nəzarəti sonlandıracaq”.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın