Cümə axşamı , Aprel 18 2024
azfa

İsraillə bütün əlaqələrini kəsən İranda İsrail istehsalı məhsullar satılır

GADTB-nin Mətbuat Mərkəzinin İran saytlarına istinadən verdiyi məlumata görə, Tehran bazarlarında İsrail istehsalı olan Fransa brendi bəzək və sanitariya məhsulları açıq şəkildə satılır. Bu isə İran adlanan ölkənin rəsmilərinin ciddi narahatlığına səbəb olub.

Məlumata görə İsrail istehsalı olan və İranın müxtəlif şəhərlərinin bazarları, xüsusilə Tehran bazarlarında satılan həmin bəzək və sanitar məhsullardan biri saç serumudur. İsraillə Ticarət əlaqələri olmadığını söyləyən İran rəsmiləri həmin məhsulların İraq Kürdüstanı və Türkiyədən kürd qaçaqmalçılar tərəfindən gətirildiyini söyləyirlər.

Qeyd edək ki, Azərbaycanla Türkiyəyə qarşı kürd terrorçu və qaçaqmalçılarını dəstəkləyən İran rejimi artıq özü də gözləmədiyi hadisələrlə qarşılaşır. Kürd qaçaqmalçılarının fars rejiminin etinasızlığı nəticəsində Azərbaycana silah-sursat keçirmələri isə Azərbaycan türklərinin təhlükəsizliyini risl altına almaqdadır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …