Cümə , Aprel 19 2024
azfa

İsveç Azərbaycan Federasyonu XVI qurultayını keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 23 fevral 2019-cu ildə İsveç Azərbaycan Federasyonu – AFİ-nin XVI əlavə qurultayı keçirildi (İsveç, Yöteburq şəhəri). AFİ sədrinin müavini və sədr səlahiyyətlərini icra edən Səadət Kərimi iştirakçıları salamlayaraq qurultayı açıq elan elədi, AFİ-nin 20 illik yubileyi münasibəti ilə AFİ qurucularını, indiyədək AFİ-yə rəhbərlik etmiş seçkili orqan üzvlərini, AFİ sədrlərini və bütün AFİ üzvlərini təbrik etdi.

AFİ-nin keçmiş sədrlərindən olan Manaf Səbəbinin qurultaya təbrik məktubu oxundu, müxtəlif şəhər və ölkələrdən gələn təbriklər haqqında məlumat verildi.

Mandat komissiyası adından çıxış edən Arif Rəhimov bildirdi ki, 2018-ci il dekabrın 31-dək AFİ-yə üzv dərnəklər siyahısında 29 dərnəyin adı olmuşdur. Hazırda bunlardan 22 dərnəyin Əsasnaməyə uyğun seçilən və İsveçin 9 şəhərindən gəlmiş 34 təmsilçisi AFİ-nin XVI əlavə qurultayında mandatla iştirak edir (onlardan bir nəfər işi ilə bağlı gələ bilməsə də, qurultaya məktub yazmış və onun adından çıxış etmək üçün ayrı bir qurultay nümayəndəsinə etibarnanə vermişdir).

Əsasnamənin § 7.5 maddəsinə uyğun olaraq, üzv dərnəklərin ən azı üçdə ikisinin nümayəndəsi iştirak etdikdə qurultay səlahiyyətli sayılır. Bu hesabla, AFİ XVI əlavə qurultayı tam qanunidir.

Qurultayı idarə etmək üçün Əkbər Səfərli (sədr), Əjdər Tağızadə, Raziyyə Kazımova və Azər Fərruxi Ədl divan üzvü seçildilər.

Qurultayda ilk öncə Mandat komissiyasının məlumatı səsə qoyuldu və nümayəndələr qurultayın tam səlahiyyətli olduğuna yekdilliklə səs verdilər.

Qurultaya təqdim edilən gündəlik layihəsi müzakirə olundu və yekdil səslə qəbul edildi.  Sonra AFİ XV növbəti qurultayında (08.12.2018, Yöteburq) alınan qərarlar və qurultayın protokolu müzakirə edildi və təsdiqləndi.

Bundan sonra qurultay 2018-ci illə bağlı aşağıdakı hesabatları dinlədi:

– “2018-ci ildə AFİ-nin fəaliyyət raportu”nu Səadət Kərimi təqdim etdi. Raport müzakirə olundu və qəbul edildi.

– “2018-ci ildə AFİ-nin iqtisadi raportu”nu Teymur Eminbəyli təqdim etdi. Raport müzakirə olundu və qəbul edildi.

“2018-ci fəaliyyət ili üçün AFİ NTK-nın hesabatı” ilə bağlı iki çıxış oldu:

  1. a) Yoxlama işinə AFİ XV qurultayının qərarı ilə cəlb edilmiş kənar təftiş şirkətinin hesabatını İradə Söderberq təqdim etdi. Hesabat müzakirə və qəbul edildi;
  2. b) AFİ NTK üzvü Şəfa Nəsirovanın hesabatı və AFİ İH-ni sorumluluqdan azad etmək haqqında təklifi müzakirə edilib qəbul olundu və qərar verildi ki, 2018-ci il üçün AFİ İH sorumluluqdan azad edilsin.

Fasilədən sonra “2019-cu ilin fəaliyyət planı” və “2019-cu ilin təqvimi” haqqında Arif Rəhimov məlumat verdi. Fəaliyyət planı müzakirə və qəbul edildi.

Daha sonra AFİ seçkili orqanlarına seçim başladı. Öncə AFİ Seçim Komitəsi adından Hüseyn Nəsirov danışdı. O, son iki ayda seçkili orqanlara namizədlərlə bağlı bir sıra işlər görüldüyü haqqında məlumat verdi, öz namizədliyini irəli sürən, ya da namizədliyi başqaları tərəfindən verilən şəxslərlə bağlı təklifləri və Seçim komitəsinin öz müşahidələrini ümumiləşdirərək AFİ-nin seçkili orqanlarına İsveçin 7 şəhərindən namizədliyi olan AFİ üzvlərinin adlarını açıqladı.

Seçim Komitəsinin təklifləri geniş müzakirə olundu, qurultay verilən təkliflərdə bir sıra önəmli dəyişikliklər etdikdən sonra AFİ seçkili orqanlarına aşağıdakı şəxslər yekdilliklə seçildilər:

AFİ İdarə Heyəti

Eldar Qaradağlı – sədr (Yöteburq)

Səadət Kərimi – sədr müavini (Skellefteo)

Teymur Eminbəyli – xəzinədar (Stokholm)

Sevda Səfərli – katib (Stokholm)

Əjdər Tağızadə – İH-nin üzvü (Lund)

Ayə Coşqun – İH-nin üzvü (Malmö)

Azər Fərruxi Ədl – İH-nin üzvü (Yöteburq)

Məcid Heydəri – İH-nin üzvü (Yöteburq)

Arif Rəhimov – İH-nin üzvü (Yöteburq)

Rahim Sadıqbəyli – əvəzedici üzv (Stokholm)

Əzim Təmcidi – əvəzedici üzv (Yeteburq)

Nəzarət Təftiş Komitəsi

Pərviz Səidi (Stokholm)

Şəfa Nəsirova (Yeteburq)

Azər Kazımov (Yeteburq)

Seçim Komitəsi

Babək Sultanlı (Yeteburq)

Cavanşir Cəfərov (Lerum)

Xosrov Ehsani (Yönköpinq)

Hüseyn Nəsirov (Yeteburq)

Daha sonra Əsasnaməyə uyğun olaraq, AFİ İH-nin komitə, mərkəz vb.bu kimi sahə icra qurumlarının yaradılması müzakirə edildi. İndiki anda AFİ üçün aktual olan və AFİ-nin fəaliyyəti üçün önəm daşıyan aşağıdakı dörd  mərkəz və komitə qurultayın razılığı ilə indidən yaradıldı:

Media və İnformasiya Mərkəzi – sorumlu: Rahim Sadıqbəyli

İdman Komitəsi – sorumlu: Pərviz Abbaszadə

Eyitim Mərkəzi – sorumlu: Azər Fərruxi Ədl

Tədarük Komitəsi – sorumlu: Məcid Heydəri

Yeni seçilmiş AFİ sədri Eldar Qaradağlı qurultay iştirakçılarına təşəkkürünü bildirdi. Bununla da AFİ XVI qurultayı öz işini sona yetirdi.

 

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın