Bazar , Noyabr 18 2018
azfa

İsveç Güney Azərbaycan İstiqlalçılar Birliyinin konfransı keçirildi – Video

GADTB: İsveçin mərkəzində Stokholmda1918-ci il may ayının 20-də Güney Azərbaycan İstiqlalçılar Birliyinin 22 Xordad qiyamının ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adı altında konfransı keçirildi.

Konfransda Güney Azərbaycan İstiqlalçılar Birliyində təmsil olunan təşkilatların rəhbərləri sayın Əjdər Tağızadə, sayın Saleh İldırım, sayın Aydın Maralanlı əsas məruzəçi kimi çıxış etdilər.

Sayın Əjdər Tağızadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə, eləcə də Güney Azərbaycanda Xordad qiyamının ildönümü barədə məruzə ilə çıxış etdi.

Konfransda sayın Aydın Maralanlı isə 200 il içərisində İran adlanan yer və Güney Azərbaycanda vəziyyət və Güney Azərbaycanda Xordad qiyamına gətirən səbəblər barədə çıxış edir.

Sayın Saleh İldırım isə gündəlik siyasi durum, Azərbaycanın güneyində baş verən hadisələr və İstiqlalçı təşkilatların buna baxışı, işğalçı İran rejiminin Güney Azərbaycandan çıxma zərurəti barədə çıxış etdi.

Konfransa qatılan ərəb millətinin nümayəndələri də çıxış edib, Güney Azərbaycan İstiqlalçılar Birliyinin yaranması və qeyri-fars millətlərin təşkilatları, xüsusilə Ərəb millətinin təşkilatları ilə aparılan işbirliyini alqışladılar. Ələhvaz və s. təşkilatların nümayəndələri konransda çıxış etdi.

Konfransın davamında İsveçdə federasiyanın sədri sayın Səttar Sevgin çıxış etdi. Konfransın sual-cavab hissəsi keçirildi. Konfrans facebook-dan və Əlxəbar televiziyasından canlı yayıldı.

Sabah isə İstiqlalçı Təşkilatlar Birliyinin İsveçin Xarici İşlər Nazirliyində rəsmi görüşü olacaq.

Güney Azərbaycan problemləri və İstiqlala gedən yol…

Publicerat av “Güney Azərbaycan Demokratik Türk Birliyi” – GADTB den 20 maj 2018

Güney Azərbaycan problemləri və İstiqlala gedən yol.

Publicerat av “Güney Azərbaycan Demokratik Türk Birliyi” – GADTB den 20 maj 2018

 

 

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir