Kiyanuş Aslani Evin zindanında, Tohid Əmir Əmini isə təkadamlıq kamerada saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin fevral ayında yaxalanan azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini hələ də həbsdə saxlanılır.

Azərbaycanlı fəal Kiyanuş Aslani ailəsi ilə qısa telefon əlaqəsində Evin zindanının 4-cü bölməsinə köçürüldüyünü bildirib. O həmçinin deyib ki, birlikdə tutulduğu Təhid Əmir Əminini sonuncu dəfə yaxalandığı gün görüb, o 44 gündür ki, həbsxananın 209-cu bölməsində təkadamlıq kamerada saxlanılır.

Azərbaycanlı fəal bildirib ki, “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkə təhlükəsizliyinə qarşı cəhd göstərmək”də ittiham olunublar.

Qeyd edək ki, azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı poster yaydıqları zaman irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onlar saxlanılarkən məmurlar tərəfindən vəhşicəsinə döyülüb. Ehtimal olunur ki, Tohid Əmir Əmini bədənində işgəncə izləri olduğu üçün saxlanılır və sağalanadək buraxılmayacaq.

Bundan öncə isə Tohid Əmir Əmini Savalan mərasimi, Babək Qalası Qurultayı və “Fitilə” proqramına etiraz olaraq keçirilən aksiyada, Kiyanuş Aslani isə Savalan mərasimində saxlanılmışdır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın