Körfəzdə tankerlərə hücumdan sonra Səudiyyə Ərəbistanı hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi Oman körfəzində Yaponiyaya gedən 2 neft tankerinə hücumu qınayıb və öz su hövzəsini qorumaq üçün lazımi tədbirləri görəcəyini açıqlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Falih danışıb.

Falih Səudiyyə Ərəbistanının “Aramko” şirkətinin və Enerji Nazirliyinin bənzər terror hücumlarına qarşı hazırlıq səviyyəsini yüksəltdiyini bildirib.

O, beynəlxalq ictimaiyyəti beynəlxalq dəniz nəqliyyatını qorumaq öhdəliyini üzərinə götürməyə səsləyib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın