Körfəzdə müharibə ehtimalı neftin qiymətini artırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hörmüz boğazında irqçi fars rejimin ABŞ PUA-sını məhv etməsi yeni böhranı özü ilə birgə gətirib.

Xüsusilə prezident Donald Trampın “vur” əmrini verdiyini təsdiqləməsindən sonra dünya birjalarında neftin qiyməti 6% artıb və 66 dollara çatıb.

Enerji İqtisadiyyatı Dərnəyinin sədri, professor Gürkan Kumbaroğlunun fikrincə, bu, Türkiyə bazarına ciddi zərbə vuracaq: “Türkiyənin infilyasiya ehtimalı 67 dollarlıq qiymət variantına bağlıdır. Neft 1 dollar da bahalaşsa, infilyasiya artacaq. Dünyanın ən önəmli neft şah damarı müharibə təhdidi altındadır. Qlobal neft təminatını təhlükə altında qoyacaq bu durum səbəbilə neftin qiyməti kəskin artır. Neft 67 dollar olsa, Türkiyədə infilyasiya 3 qat artacaq”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın