Şənbə , Aprel 20 2024
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Cəfər Rüstəmirad zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin günahsız yerə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad aprelin 2-də koronavirus təhlükəsinə görə Tehranın Evin zindanından zaminə buraxılıb.

Fəal müvəqqəti zaminə buraxılması üçün mülki vəsiqə girov qoyub.

Qeyd edık ki, azərbaycanlı fəal Cəfər Rüstəmirad 2019-cu il oktyabrın 25-dən Evin zindanının 8-ci bölməsində həbsdə saxlanılır.

O 2018-ci ilin iyul ayında Babək Qalası Qurultayı öncəsi fəalın həmin qurultayda iştirak etməsi ehtimalına görə rejim tərəfindən heç bir günahı olmayan yəni etmədiyi bir əmələ görə yaxalanıb

İrqçi fars-molla rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən azərbaycanlı fəalın hökmü Tehranda rejimin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmışdır.

Həmçinin azəbaycanlı fəal 2013-cü ildə Güney Azərbaycanın Traxtur komandası iləə Birləşmiş Ərəb Əmirliklərinin Əlcəzirə komandası arasında keçirilən yarış zamanı da rejimin qüvvələri tərəfindən stadionda yaxalanmışdır. Fəala həmin dosyeyə görə 7 həbs cəzası verilib və hazırda həmin məsələlərə görə həbsdə saxlanılır.

İrqçi fars-molla rejimi koronavirusu şəhərlərdə yaydığı kimi zindanlarda da yaymışdır. Buna görə də insan haqları təşkilatları məhbusların zaminə buraxılmasını tələb ediblər. Lakin hələ də çox sayda azərbaycanlı siyasi məhbus, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Əmir Səttari, Məhəmməd Əbdülməhəmmədzadə və başqa azərbaycanlı məhbuslar zaminə buraxılmayıblar.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın