Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Koronavirus təhlükəsilə bağlı azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafi məzuiyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim koronavirus təhlükəsi ilə bağlı azərbaycanlı fəal və siyasi məhbuslar Behnam Şeyxi Samanlu və Həmid Mənafi Nadarlını Evin zindanından məzuniyyətə buraxıb.

Tehran sakini olan azərbaycanlı fəallar dünən məzuniyyətə buraxılıblar.

Fəallar üçün verilmiş məzuniyyətin müddəti hələlik məlum deyil və qısa zamanda onlara məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın