Çərşənbə , Aprel 24 2024
azfa

Koronavirus təhlükəsinə baxmayaraq rejim azərbaycanlı fəal Əli Əzizini Apelyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim koronavirus təhlükəsinə baxmayaraq keçən ilin noyabr etirazları zamanı yaxaladığı azərbaycanlı milli-mədəni fəal Əli Əzizini məhkəməyə çağırıb.

Azərbaycanlı milli fəal göndərilən elektron çağırış vərəqəsində qeyd edildiyi kimi apelyasiya şikayəti ilə əlaqədar aprel ayının 26-da rejimin Urmiyada yerləşən Apelyasiya Məhkəməsinin 101-ci şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, keçən ay rejimin Urmiyada yerləşən 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı fəal Əli Əzizi və başqa 5 nəfər azərbaycanlı fəalı həbsə məhkum edib. Azərbaycanlı fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “Ümumi asayişi pozmaq”da ittiham edərək, 8 ay həbs cəzası verilmiş və həmin cəzanı 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə əvəz etmişdir.

Azərbaycanlı fəal Təbrizdə zindanda saxlandığına görə məhkəmə qiyabi keçirilmişdir. Hazırda isə azərbaycanlı milli fəalın apelyasiya şikayəti üzrə onun dosiyesinə yenidən baxılmalıdır.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri yenidən fevralın 23-də Əli Əzizinin ata evinə hücum edərək fəalı yaxalamış və ona qarşı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham edilmişdir.

Əli Əzizi koronavirus təhlükəsi səbəbindən martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın