Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Əmir Səttari zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirus təhlükəsi ilə bağlı dünən azərbaycanlı milli fəal və siyasi məhbus Əmir Səttari Rəuf rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Rejimin zindandakı əlaltıları bundan öncə fəalın zaminə buraxılmasına mane olurdular.

Qeyd edək ki, azərbaycanlı fəal Əmir Səttari 2018-ci ilin yanvar ayı etirazlarında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi vasitəsilə şərlənərək “Milli təhlükəsizliyə qarşı toplaşma”da ittiham edilmişdi. Bu ittihamla fəal 7 ay həbsə edilmişdi.

Azərbaycanlı fəal 2018-ci il sentyabrın 18-də şərlənərək rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “Xamneini təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbsə məhkum edilmişdi. Fəal 2018-ci il payızın orta ayında rejimin Təbrizdə hökmləri icra edən şöbəsi  fəalın iki dosyesini birləşdirib. Bundan sonra rejimin Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi fəala qarşı qərarları “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirib və fəalı heç bir günahı olmadan 5 il həbsə məhkum edib.

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın