Şənbə , Aprel 20 2024
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Yusif Kari zindandan məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirus təhlükəsinə görə azərbaycanlı fəal və siyasi məhbus Yusif Kari martın 31-i günortadan sonra vəsiqə girov qoyaraq rejimin Ərdəbildə yerləşən zindanından məzuniyyətə buraxılıb.

Ərdəbil zindanındakı rejimin əlaltıları bundan əvvəl azərbaycanlı fəalın məzuniyyətə buraxılmasına razılıq verməmişdilər.

Qeyd edək ki, azərbaycanlı fəal Yusif Kari 2019-cu il sentyabrın 3-də rejimin mülki geyimli məmurları tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdir. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilmişdir.

Ərdəbil sakini olan Yusif Kari işsizlik problemi səbəbindən son vaxtlar Tehran şəhərində işləyirmiş. Yusif Kari müvəqqəti zaminə buraxılsa da, hələ də çox sayda azərbaycanlı siyasi məhbus heç bir günahı olmadan irqçi fars rejimin zindanlarında çürüməkdədirlər. İndi isə rejimin zindanlarda koronavirus yayması üzündən onların həyatına ciddi təhlükə yaranıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın