Cümə , Aprel 19 2024
azfa

Koronavirusa görə İran sərhədi bağlandı, təyyarə reysləri dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, korona virusa görə İraq İranda sərhədi tamamilə bağlayıb. Digər qonşu ölkələr də ciddi məhdudiyyətlər tətbiq edib. Səudiyyə Ərəbistanı isə İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.

Rəsmi Ər-Riyad İranda səfərdə olmuş Səudiyyə Ərəbistanı vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşlarının ərazisinə girişini yasaqlayıb. Həmin şəxslərin yalnız İranı tərk etdikdən 14 gün sonra Səudiyyə Ərəbistanına girişinə icazə veriləcəyi bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti həmçinin İrana aviareyslərin təxirə salındığını da açıqlayıb. Bundan əvvəl Küveyt və İraq da oxşar addımları atmışdı.

Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i ölüb. Rejimin terroçu sepah təşkilatının Mahan Aviasiya Şirkəti vasitəsilə virusun Çindən gətirilməsinə səbəb olduğu söylənilir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın