Cümə axşamı , Aprel 25 2024
azfa

Kürd terror təşkilatı yanlıları Sulduz soyqırımının 41-ci ildönümündə təxribat törətdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terror təşkilatının tərəfdarları Güney Azərbaycanın Sulduz şəhərində əhalinin kürd terror qruplaşmaları tərəfindən qətliam edilməsinin 41-ci ildönümü günlərində bu şəhərdə atası kürd olan bir idmançının heykəlinin ucaldılmaqla Azərbaycana qarşı təxribat törədiblər.

Heykəl ucaldılması ilə şəhər bələdiyyəsi və Şəhər Şurasının xəbəri olmadan kürd terrorçuları tərəfdarlarının təşəbbüsü ilə Tehranda hazırlanıb və elan olunmadan Sulduz şəhərində aprelin 16-da özü də kürdlərin Sulduzda azərbaycanlılara qarşı soyqırım törətdiyi günlərin ildönümündə ucaldılıb.

Sulduz Şəhər Şurasının üzvləri heykəlin hazırlanması və quraşdırılmasından xəbərsiz olduqlarını bildirərək etiraz olaraq istefa veriblər.  Artıq Sulduz Şəhər Şurasının 7 üzvü və bələdiyyə başçısının istefa verdiyi bildirilir.

Suduzun əhalisi isə heykəlin ucaldıldığı yerdə Urmiyanın imam cüməsi və Sulduzda qətliamın davam etməsinə mane olan Qulamrza Həsəninin heykəlinin ucaldılması istəmişdilər. Lakin Azərbaycanın Sulduz şəhərində azərbaycanlıların bu istəyi qeyri-yerli kürdlərin xoşuna gəlməyib və onlar Azərbaycana qarşı yeni sui-qəsd hazırlayıblar.

Azərbaycana qarşı kürdlərin bu düşmənçiliyi isə əhali arasında ciddi narazılığa və etiraza səbəb olub.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın