Cümə , Aprel 19 2024
azfa

Kürd terror təşkilatları Tel Abyaddə dəhşətli terror törətdi: 19 ölü, 29 yaralı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terror təşkilatlarının Suriyanın Tel Abyad rayonunda bazarda törədilən terror nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.

“Minalanmış avtomobilin partladılması nəticəsində 19 nəfər həlak olub, daha 29 nəfər yaralanıb”, – mənbə deyib.

Ölənlərin hamısının dinc vətəndaşlar olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə bu ərazini terrorçulardan bu yaxınlarda azad edib. Terrorçular buna cavab olaraq terrora əl atıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın