Şənbə , Aprel 20 2024
azfa

Kürd terrorçular “Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәlәrdә terror aktı törәtdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın şimalında ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat Qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә törәdilәn terror aktları nәticәsindә 2-si  mülki vәtәndaş olmaqla 10 nәfәr hәlak olub.

Türkiyənin hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ vә  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatları nәticәsindә YPQ/PKK terrorçularından tәmizlәnәn Suluk vә Çobanbәy bölgәlәrindә terror aktları törәdilib.

Tel Abyadın cənub-şərqindəki Suluk bölgәsindә münalanmış avtomobil ilә törәdilәn terror  aktı nәticәsindә bir mülki vәtәndaş hәlak olub yeddi nәfәr dә xәsarәt alıb.

Türkiyə-Suriya sərhədindəki Çobanbәy bölgәsinin  cənubunda isə  yol kәnarına yerlәşdirilәn bombanın  partlaması nәticәsindә bir nәfәr hәlak olub, üç nәfәr dә xәsarәt alıb. Xәsarәt alanların Çobanbәydәki xәstәxanaya çatdırıldığı bildirilib.

Bölgәyә Suriya Milli Ordusunun hәrbçilәri vә tәhlükәsizlik qüvvәlәri cәlb olunub.

Terror aktlarının terror tәşkilatı YPQ/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyi bildirilir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın