Çərşənbə , Aprel 24 2024
azfa

Kürd terrorçular Türkiyəni əməliyyatı davam etdirməyə məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terrorçular çıxmaları razılaşdırılan ərazilərdən çıxmamaqla Türkiyəni əməliyyatları davam etdirməyə məcbur edir.

Türkiyə ilə Rusiya arasında imzalanan Soçi razılaşmasına əsasən Kobanidən çəkilməli olan YPG/PKK terror təşkilatı bunun əksinə şəhərin kənarında tunel və xəndək qazır.

terrorçular qazdıqları xəndəkləri rezin və yanacaqla doldurur.

Yeni xəndək və tunellər Suriya-Türkiyə sərhdə xəttindən 18 km məsafədə yerləşir.

Digər tərəfdən Suriyanı tərk edərək İraqa gedən ABŞ Silahlı Qüvvələrinin əsgərləri yenidən geri qayıtmağa başlayıb.

Əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir.

Suriyanın şərqində YPG/PKK işğalındakı sahədə yerləşən neft quyularını hərbi qüvvələrlə qorumaq qərarı alan ABŞ buraya heyəti daşıyan avtomobillər və tanklar daxil olmaqla, 30 zirehli texnika göndərib.

İraqın Müdafiə naziri Nəcah əş-Şamari amerikalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın