Kürd terrorçularla irqçi fars rejimin sərhədçiləri arasında toqquşma baş verib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, kürd terrorçularla irqçi fars rejimin sərhədçiləri arasında toqquşma baş verib. Toqquşma Kürdüstan vilayətinin Mərivan bölgəsində baş verib. Bir qrup silahlı terrorçu qanunsuz yollarla sərhədi keçib Mərivan ərazisinə daxil olmağa cəhd ediblər. Lakin rejimin sərhədçiləri sərhədi pozan silahlıları təqib ediblər. Aşkar olunduqlarını başa düşən terrorçular sərhədçiləri atəşə tutublar. Silahlı toqquşma nəticəsində 2 nəfər kürd terrorçusu yaralı olaraq ələ keçirilib, digərləri isə sərhədin dağlıq hissəsinə qaçaraq gizlənə biliblər. Atışmada rejimin bir sərhədçisi də öldürülüb.

Qeyd edək ki, rejimin Azərbaycan və Türkiyəyə qarşı himayə etdiyi kürd terrorçulara məxsus silah-sursat və partlayıcı maddələr də müsadirə olunub.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın