Cümə axşamı , Mart 28 2024
azfa

Kürdlər Saqqız şəhərinin stadionunda rəqib komandanı terror etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kürdlər vaxtilə azərbaycanlı əhalini soyqırım etməklə kürdləşdirdiyi Saqqız şəhərində Xorrəmabaddan olan rəqib komandanının (lorları) oyunçularını yarışı udduqları üçün terror etdilər.

Klaşnikofla terror nəticəsində Xorrəmabadın Xurəmavə komandasının 6 oyunçusu yaralanaraq, xəstəxanaya düşüb.

Lorların komandasının baş məşqçisi bildirib ki, Saqqız komandasının kürd tərəfdarları yarışdan öncə rəqib komandanın oyunçularına daş atmağa və göyə atəş açmağa başlayıblar. Onlar lorların komandasını hədəliyib, bildirirdilər ki, yarışı uduzmalıdırlar. Əgər uduzmasalar onları öldürəcəklər.

İşğalçı fars rejimin başçıları və o cümlədən Qərbi Azərbaycan vilayətinə təyin etdikləri kürd Məhəmmədmehdi Şəhriyarı həmin kürd terrorçularını dəstəkləyib onları kürd fəalı adlandırırlar. Rejimin kürd terrorçularını himayə edib, onları silahlandırmaları nəticəsində isə günahsız insanlar terror edilir.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın