Cümə axşamı , Mart 28 2024
azfa

Kürdlər türkləri təhqir etməklə Urmiyaya ölüm və Türkiyəyə ölüm şüarı səsləndirdilər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kürdistan vilayətinin Mərivan şəhərində terrorizm tərəfdarı kürdlər türk millətini təhqir edib, Urmiyaya ölüm və Türkiyəyə ölüm şüarı səsləndirdilər.

Hadisə noyabrın 10-da İran super liqası çərçivəsində Urmiyanın “Şəhrdari” voleybol komandası və Mərivanın “Rahyab meləl” klubunun yarışında Mərivan şəhərində baş verib. Minlərlə kürd irqçi fars rejimin himayəsi ilə kürd terrorizminə dəstək nümayiş etdirib, türkləri irqi şüarlarla təhqir ediblər.

Bundan öncə isə noyabrın 7-də “Təbriz  Məhəmmədzadə Sorxpuşan” futbol komandası ilə Mahabadın “Mokriyan” komandası arasında keçirilən görüşdə yenə türklərə qarşı irqi şüarlar səsləndirilmişdir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın