Şənbə , Aprel 20 2024
azfa

Liviya antitürk dövlətlərin Liviya-Türkiyə anlaşmasına etirazına sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviya Xarici İşlər Nazirliyi 5 antitürk ölkənin bəyanatına cavab olaraq bildirib ki, Türkiyə və Liviya arasında imzalanmış dəniz bölgələrinin delimitasiyası anlaşmasına sadəcə bu iki dövlətin hökuməti imza atıb.

 “Bu məsələ 3-cü tərəfi maraqlandırmamalıdır. Həmin ölkələrin ortaq bəyanatında Liviya dövlətinə və onun suverenliyinə qarşı yalan ifadələr yer alır. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan Liviya hökumətinin xalqın və dövlətin maraqlarını qorumaq hüququ var. Aralıq dənizi ölkələrini Liviyaya münasibətlərini bir daha nəzərdən keçirməyə çağırırıq. Bu ölkələr Tripoliyə hücum edən diktatorun deyil, Liviya hökumətinin yanında olmalıdır”, – açıqlamada deyilir.

Qeyd edək ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yunanıstan, Şimali Kipr və Fransa Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar ortaq bəyanat yayıb. İddia edilib ki, Türkiyənin Şərqi Aralıqda qazıntı işləri aparması guya qanunaziddir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın