Şənbə , Aprel 20 2024
azfa

Məşhur müğənni Zara Larsson uyğur türklərinə zülmə görə Çinlə əməkdaşlığı dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyaca məşhur İsveç müğənnisi Zara Larsson da Çinin uyğur türklərinə etdiyi qeyri-insani zülmünə reaksiya verdi.

Larsson, Çinin Şərqi Türküstan siyasətinə cavab olaraq Çin texnoloji şirkəti Huawei ilə reklam sazişini ləğv etdiyini açıqladı.

İsveç TV4 televiziyasına danışan Larsson Çinin Şərqi Türküstan və Hong Kongdakı təzyiq siyasətinə toxundu.

“İnsan hüquqlarını nə qədər müdafiə etdiyimi hamı bilir. Çinin gözəl bir ölkə olmadığını bilirik. Şərqi Türkistana, Hong Kong siyasətinə və Tik Tok’a qarşı çıxmaq üçün Huawei ilə əməkdaşlığı sona çatdırdım.” ifadələrini istifadə etdi.

Larsson, 2008-ci ildə TV4 tərəfindən “İstedad sənsən” yarışmasının qalibi oldu və 2013 hit Uncover və Fransız DJ David Guetta ilə etdiyi əməkdaşlıqla beynəlxalq şöhrət qazandı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın