Şənbə , Aprel 20 2024
azfa

Mərənddə Azərbaycan siyasi məhbuslarına azadlıq və kürd terrorizmini pisləmə məqsədilə şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəallar azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi və kürd terrorizmini pisləmə məqsədilə divarlara şüarlar yazdılar.

Azərbaycanlı fəallar azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisaniyə azadlıq tələb ediblər. Onlar həmçinin son zamanlar irqçi fars rejimin dəstəyi ilə kürd terrorçuların tərəfdarlarının müxtəlif şəhərlərdə terrora dəstək aksiyalarını pisləyiblər.

Yeniyetmə və gənc azərbayanlı fəallar tərəfindən Azərbaycan və türk dünyasının xeyrinə Mərəndə baş verən bu hərəkat, azərbaycanlı yeniyetmə və gənclərin oyaq və yüksək milli şüura malik olduğunu göstərir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın