Mərəndin Yekanat Mis Mədənində dağıdıcı fəaliyyət fəalları narahat edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd bölgəsinin Yekanat Mis Mədənində dağıdıcı fəaliyyət əhalinin və Ətraf Mühit fəallarının ciddi narahatlığına səbəb olub.

Təxminən 30 bulağın axdığı 2200 metr hündürlüyün ərafında yerləşən Yuxarı Yekan Mədənində dağıdıcı fəaliyyət ətrafda 18 kəndin əhalisi üçün təhlükə meydana gətirir və Ətraf Mühit fəalları bununla əlaqədar narahatlıq keçirir.

Artıq yerli əhali və ətraf mühit fəalları bu hadisəyə görə bir neçə dəfə toplaşıb, iclas keçiriblər. Hətta bununla bağlı səlahiyyətli orqanlara etiraz məktubu göndərilib. Bəziləri isə elmi məqalələr yazaraq hökumətin bu məsələyə diqqətini çəkməyə çalışıb. Lakin təəssüflə bunlara qətiyyən diqqət yetirilməyib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın