Cümə , Aprel 19 2024
azfa

Məşhur idmançı irqçi fars rejimdən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, şahmat dahisi, ən yaxşı 16 yaşlı şahmat oyunçusu Əlirza Firuzca irqçi fars rejimdən imtina edib.

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddətdir Fransada yaşayan rejimin şahmat tarixindəki tək böyük super ustadı Əlirza Firuzca hələlik FİDE bayrağı ilə dünya çempionatı müsabiqələrində yarışmaq üçün İran bayrağından çıxıb. O, bundan sonra FİDE bayrağı altında fəaliyyət göstərmək istədiyini açıqlayıb.

Blitz və Rapid dünya qəhrəmanlıq yarışları yaxın günlərdə Rusiyada keçiriləcək və İranın kişilərdən ibarət komandası yarışlara göndərilməyəcək, amma Firuzca bu yarışa qatılacaq.

Yarışların saytında Firuzcanın profaylında İran bayrağı yoxdur və onun adının qarşısında FİDE-nin adı yer alır.

Bayraq dəyişikliyinin yarışlar üçün olub-olmadığı və Firuzcanın gələcəkdə yenidən İran və ya başqa bir ölkənin, eləcə də Fransa bayrağı ilə yarışacağı hələlik bəlli deyil.

“Firuzca hər bir şəkildə bu müsabiqədə yarışmaqla bağlı qərar qəbul edib. Biz onunla danışdıq. Amma o, öz qərarında israrlıdır və vətəndaşlığını dəyişmək istədiyini bizə bildirib”, – İran Şahmat Federasiyasının rəisi də bu barədə deyib.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın