Cümə , Aprel 19 2024
azfa

Məşhur islam alimi Tarik Ramazan çoxsaylı qadına təcavüzə görə həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, isveçrəli məşhur islam alimi Tarik Ramazan ötən gün Parisdə həbs edilib. O, cinsi zorakılıqda ittiham olunur. Bildirilir ki, ötən ilin oktyabrında iki qadın onun seksual zorakılığına məruz qalması ilə  bağlı  müraciət edib. Həmin vaxt hüquq-mühafizə orqanları Oksfor Universitetində dərs deyən din alimi ilə bağlı araşdırmaya başlayıb.

Alim ötən gün saxlanılıb, 4 gündən sonra barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə olacaq. Onun bundan başqa çox sayda digər qadın və qızlara və hətta yaşı 18-ə çatmayana bir qıza təcavüz etdiyi məlum oldub.

Qeyd edək ki Tarik Ramazan “Müsəlman qardaşları” hərəkatının banisi, misirli siyasi xadim Həsən əl Bənnanın nəvəsidir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın