Macarıstan Türk Şurasının üzvü olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı bildirib ki, Macarıstan Türk Şurasının üzvü olacaq.

Qeyd edək ki, forumda Türk Şurasının üzv və müşahidəçi ölkələrindən 500-dən artıq sahibkar iştirak edib.

2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdi.

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən Türk Şurası türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. İlkin mərhələdə üzvlüyünə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasının daxil olduğu bu beynəlxalq təşkilatın yaradılmasına dair saziş ötən ay Özbəkistan tərəfindən də ratifikasiya olunub. Oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitində Özbəkistan tam üzvlük haqqı ilə iştirak edəcək.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın