Makıda rejimin polis qüvvələri azərbaycanlı fəalların türkmənlərə yardım göndərməsinə mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Makı bölgəsinin Şot şəhərində azərbaycanlı milli fəallar və Traxtur tərəfdarları Türkmənsahrada rejimin səbəb olduğu daşqın fəlakətində ölümlə üz-üzə qalan türkmənlər üçün yardım kampanyası başladıblar. Lakin işğalçı fars rejimin polis qüvvələri kampanya yerinə hücum edib və onların yardım toplayıb göndərməsinə mane olub.

Rejimin məmurları üstəlik yardım toplayan azərbaycanlı fəalları yaxalayıb və polis idarəsinə aparıb. Rejimin polisi fəallardan köməksiz türkmənlərə yardım toplamağı davam etdirməməyə dair iltizam aldıqdan sonra buraxıblar.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın