Çərşənbə , Aprel 24 2024
azfa

Menbiçdə terrorçu kürdlərlə bağlı böhran böyüyür

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Fransa hökuməti Suriyanın Menbiç vilayətindəki terrorçu kürdlərə dəstək olmaq üçün buraya öz qüvvələrini göndərəcək.

Bu barədə informasiyanı “Parisien” qəzeti yayıb. Suriyaya göndəriləcək qüvvələrin Fransa xüsusi təyinatlılarından ibarət olacağı bildirilib. Onların sayı haqda heç bir məlumat verilməyib.

ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Suriyadan çıxacağı haqqında məlumat yayıb. O, ABŞ-ın İŞİD-lə mübarizədə öz məqsədinə çatdığını bildirib. Prezidentdən sonra jurnalistlərin suallarını cavablandıran Ağ Evin rəsmi nümayəndəsi isə prezidentin bu qərarından xəbərsiz olduğunu deyib.

Fransa Prezidenti Emmanuel Makron isə Fransanın ABŞ-la razılaşdığını deyib və yaxın zamanlarda ABŞ-ın Suriyaya ordu göndərəcəyini bildirib.

Artıq Menbiçdə saxlanılan təxminən 2 minə yaxın ABŞ əsgərinin bir qismi ərazini tərk edərək Deyr əz-Zora çəkilib.

ABŞ ordusunun bu addımı terror qruplaşmasında təşvişə səbəb olub. ABŞ ordusunun onları bu dəfə də tək buraxacağını düşünən PKK-PYD-nin Afrin sindromuna və ümidsizliğə qapıldığı qeyd olunub.

Həmçinin yoxlayın

Gürcüstan yolu ilə Ermənistana ağır döyüş texnikası daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Gürcüstan-Ermənistan  dəmir yolu ilə Ermənistana ağır döyüş texnikaları …

Argentina İran daxili işlər nazirinin həbsini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Argentina 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində İranın …

Bir cavab yazın