Şənbə , Aprel 20 2024
azfa

Molla rejimi büdcəsini doldurmaq üçün xaricə gedənlərdən yüksək məbləğdə vergi alacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi ABŞ sanksiyalarına görə boşalan büdcəni xalqın cibinə girməklə klompensasiya edir. Rejimin ucbatından dilənçi kökünə düşən əhali dünyanın heç yerində olmayan vergilər hesabına büdcəni doldurmağa məhkum edilib.

Artıq İranı tərk edən vətəndaşlar dövlət rüsumu ilə yanaşı əlavə vergi də ödəməlidir. Sanksiyalara görə büdcənin boşaldığını görə rejim məclis vasitəsilə bu barəqə qanun qəbul etdirib.

İran millət vəkillərinin təsdiqlədiyi qanun layihəsinə əsasən, hər bir İran vətəndaşı bundan sonra ölkəni tərk etmək üçün müəyyən bir məbləğdə vergi ödəməli olacaq. Vətəndaşından alınan pul ümumi gəlir hesabı olaraq ölkənin büdcəsinə köçürülməlidir.

Bu pul İran vətəndaşlarının ölkəni tərk edərkən indi ödədikləri rüsumdan əlavə alınacaq.

Ödəniləcək məbləğ açıqlanmır və məclisin qərarına əsasən, illik büdcə qaydalarında nəzərdə tutulub.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın