Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Molla rejimi Çindən gətirdiyi koronanı qonşu ölkələrə yaymaqda davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin mollaları və terrorçu sepahı Çindən koronavirusu gətirib Qumda yaydıqdan sonra bütün şəhərlərə və eyni zamanda region ölkələrinə yayıb.

Belə vəziyyətdə rejimin rəhbərliyi, xüsusilə Xamneyi əhalinin müalicəsinə diqqəti yönəltmək yerinə sayaqlamağa davam edir.

Xamnei ilk öncə Çin koronasını yalançı xəstəlik adlandırmış, daha sonra vəziyyətin dəyişdiyini görüb tanınmamış xəstəlik adlandırmışdır. Bundan sonra isə bu xəstəliyi ABŞ-ın boynuna yıxıb. Daha sonra bütün rəsmilərin bu sözü təkzib etdiyini gördükdə Çin koronasını orta əsr təfəkkürü ilə cinlərin işi olduğunu qeyd edib.

Belə sayaqlama fonunda isə molla rejimi qonşu ölkələrdə koronanı yaymağa davam edir.

Pakistan artıq molla rejimini Pakistanda Çin koronasını yaymaqda ittiham edib.  

Pakistan Baş nazirinin xüsusi köməkçisi Zəfər Mirza deyib ki, koronavirusa yoluxanların 78 faizi daha öncə İrana səfər etdiklərini bildirib.

“Ölkəmizdə rəsmi təsdiqlənmiş 892 koronavirusa yoluxanların 78 faizi öncələr İrana səfər ediblər”.

Qeyd edək ki, bu günə qədər Pakistanda minə yaxın insan koronavirusa yoluxub. Bunlardan yeddisi həyatını itirib.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın