Cümə axşamı , Mart 28 2024
azfa

Molla rejimi Sərhədsiz Həkimlər Təşkilatını əhaliyə yardım etdiyi üçün ölkədən qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Sərhədsiz Həkimlər Təşkilatını İrana və sepaha maliyə yardımı yerinə koronavirusa yoluxanların müalicəsinə çalışdığı üçün ölkədən qovub.

Fars-molla son bir neşə həftə içində çoxsaylı beynəlxalq tibbi yardımların əksərini də təhvil aldığı şəklində Suriya, Livan və İraqda terrorçu qruplarına göndərib. Terrorçuların dərdinə yaramayan maska kimi humanitar yardımlar isə terrorçu sepah tərəfindən məniməsnilərək əhaliyə pulla satılıb.

Artıq rejim maliyə yardımı əldə etmək istəyir və Çin koronavirusuna yoluxdurduğu əhalidən istifadə edib ABŞ tərəfindən neft sanksiyalarını aradan qaldırmağa çalışır ki, əldə etdiyi maliyyə ilə Suriya, Livan, İraq, Yəmən və Liviyada terrorçularına əmək haqqını ödəyə bilsin.

Sərhədsiz Həkimlər Təşkilatı isə İrana göndərdiyi 9 nəfərlik dəstək briqadasının bu ölkədən çıxarılmasına reaksiya verib.

Təşkilat yaydığı bəyanatda bu hadisədən heyrətə gəldiyini bildirib. Bəyanatda qeyd edilir ki, İran hökuməti ilə razılaşma əsasında bu ölkəyə göndərilmiş həmin mütəxəssislər qrupu koronavirusa yoluxmuş insanları sağaltmaq üçün 50 nəfərlik tibbi mərkəz yaratmağa hazırlaşırdılar.

Qeyri-hökumət təşkilatı olan Sərhədsiz Həkimlər Təşkilatı bir çox böhranlar və fəlakətlər zamanı dünyanın müxtəlif ölkələrində tibbi xidmət göstərib. Təşkilat İrana da müxtəlif dövrlərdə yardım edib. Bunlardan biri kimi Bəmdə baş vermiş zəlzələdən sonra göndərilmiş xilasetmə qrupunu misal göstərmək olar.

Bu gün məsələ ilə əlaqəli İsfahan əyalətinin valisi bildirib ki, sözügedən Təşkilatın mütəxəssislər qrupunun İranda fəaliyyəti Səhiyyə naziri Səid Nəməkinin göstərişi ilə dayandırılıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur qrupun ölkədən çıxarılmasını “hələlik onların köməyinə ehtiyac olmaması, daxili potensialın koronavirusla mübarizə istiqamətində yetərli olması” ilə əlaqələndirib. O, Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən İsfahanda qurulması planlaşdırılan 50 nəfərlik tibbi mərkəzə də hələ ki, ehtiyac duyulmadığını iddia edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın