Şənbə , Aprel 20 2024
azfa

Molla rejimi sərnişin təyyarəsini vurub dünyanı aldatdıqdan sonra İrana və İran üzərindən keçən reyslər dayandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin insanları aldatmaq məqsədilə ABŞ-a hədə-qorxu gəlib, sonra ABŞ-la razılaşıb raket zərbəsi endirmə tamaşası oynayarkən Tehrandan Ukraynaya uçan sərnişin təyyarəsini vurub, üstəlik ciddi-cıhdlə bu məsələni danması və yalnız inkaredilməz faktlar qarşısında etiraf etməsindən sonra İran səması boşalıb. Xaricdən İrana olan uçuşlar ləğv edilib, İran üzərindən olan uçuşlar isə cəhətini dəyişib.
Xamaneyinin ABŞ-la razılaşıb raket zərbəsi teatrı oynaması, üstəlik sərnişin təyyarəsini vurub danmasının üstünün açılması əslində rejimin riyakarlığı və yalanların kiçik bir nümunədir. Hətta bu kiçik nümunə belə molla rejiminin iç üzünü açdı və dünya ictimaiyyətinin rejimdən uzaq gəzməsinə səbəb olub.
Artq İran üzərindən keçən aviaşirkətlərin təyyarələri İrandan yan keçərək Küveyt, İraq, Türkiyə, Əfqanıstan, Türkmənistan və Azərbaycan üzərindən uçmağa üstünlük verirlər. İran üzərindən əsasın yerli aviaşirkətlərə məxsus təyyarələr, həmçinin Türkiyə və Qətərə məxsus təyyarələr istifadə edir. Hətta Türmənistanın belə təyyarələri artıq İran üzərindən keçmir.

Həmçinin yoxlayın

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

Bir cavab yazın