Çərşənbə , Aprel 24 2024
azfa

Molla rejimi Süleymani öldürüləndə həbsdə olan şəxsi onu satan şəxs kimi edam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yalan, zülm və eybəcərliklə çulğalaşan irqçi fars-molla rejimi Süleymani öldürüləndə həbsdə olan şəxsi onu satan şəxs kimi edam edəcəyini bildirib.

Rejimin məhkəməsi baş terrorçu Qasim Süleymaninin ölümündə səbəbkar kimi bilinən Seyid Mahmud Musəvi Məcid barəsində edam hökmü verib.

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Q.İsmaili bildirib ki, Seyid Mahmud Musəvi Məcid həm İsrail, həm də ABŞ kəşfiyyatına işləyib:

“O, pul qarşılığında Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları aidiyyəti üzrə ötürüb. Yaxın zamanda məhkəmənin qərarı icra ediləcək”.

Digər tərəfdən isə gün İran Məhkəmə Sisteminin İnformasiya Mərkəzinin yaydığı bəyanatda Mahmud Musəvi Məcidin yuxarıda qeyd edilən kəşfiyyat orqanlarına casusluq etməsi faktı təsdiqlənsə də, onun Qasım Süleymaninin öldürülməsi ilə bağlı əlaqəsinin olmadığı qeyd edilib.

Bəyanatda qeyd edilir ki, bu şəxs ötən dövrlərdə Qasım Süleymani də daxil olmaqla, bir çox iranlı hərbi komandanla bağlı həmin kəşfiyyat orqanlarına məlumat ötürüb.

“Lakin o, 2018-ci ilin oktyabr ayının 10-da həbs edilib və 25 avqust 2019-cu ildə İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilib. Ali Məhkəmə hökmü qəbul etməsə də, onun cinayət işi yenidən araşdırılıb və məhkəmə yenidən 22 fevral 2020-ci il tarixində Məcidi edama məhkum edib. Bu hökm Ali Məhkəmə tərəfindən də təsdiqlənib. Mahmud Musəvi Məcid Qasım Süleymaninin öldürülməsindən uzun müddət əvvəl həbs olunduğundan, o, Qasım Süleymaninin yerini satmaqda ittiham edilmir və edam hökmü də buna görə çıxarılmayıb”, deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, yanvar ayında Bağdadda ABŞ-ın atdığı raket zərbələri nəticəsində İran terrorçu İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı, baş terrorçu Qasim Süleymani öldürülmüşdü.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın