Çərşənbə , Aprel 24 2024
azfa

Molla rejimi yenidən işğalçı Ermənistanı dar ayaqda xilas etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bu ölkənin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri ilə görüşüb.

Görüşdə energetika sahəsində əməkdaşlıqla bağlı mövzular müzakirə olunub.

Ermənistan mediası bu görüşü İranın qaz ixracına başlaya biləcəyi kimi şərh edir.

Erməni şərhçi Akop Badalyan yazır ki, İranın Ermənistana qaz ixrac etməsi məsələsi yeni deyil: “Lakin indiyə qədər layihə reallaşmayıb. Buna səbəb İrana qarşı sanksiyalar və Rusiyanın münasibətidir. Belə bir görüşün bu günlərdə keçirilməsi məsələni aktuallaşdırdı. Çünki Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salmaqdan imtina etdi. Ermənistan İrana alternativ olaraq baxır. Mümkündür ki, Emənistan İranla yeni energetika əməkdaşlığına başlayacaq. Bu addımlar regionda İrəvan və Tehranın daha da yaxınlaşması ilə nəticələnə bilər”.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın