Çərşənbə , Aprel 24 2024
azfa

Molla rejiminə hərbi müdaxilə gündəmdə gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp Konqresin İrana qarşı hərbi gücdən istifadəni qadağan edən qətnaməsinə veto qoyub.

ABŞ prezidenti Trampın adından Ağ Evin yaydığı açıqlamada yazılıb: “Bu gün mən Konqresin İrana qarşı hərbi müdaxiləni yasaqlayan qanununa veto qoydum. Bu, çox təhqiredici sənəddir. Demokratlar bu sənədi respublikaçılar arasında parçalanma yaratmaq və 3 noyabr seçkisində qələbə qazanmaq üçün hazırlayıblar. Bu sənədə səs verən respublikaçılar isə onların əlinə oynayıb”.

Tramp əmindir ki, Qasım Süleymaninin öldürülməsi ABŞ qanunvericiliyinə uyğundur və Konqress sənədi hazırlayarkən fakt və qanunları doğru anlamayıb.

Qeyd edək ki, İraqda bş terrorçu Qüds briqadasının komandanı Qasım Süleymaninin ABŞ aviazərbəsi nəticəsində öldürülməsindən sonra Konqres ABŞ Prezidentinə qanunverici hakimiyyətin icazəsi olmadan İrana qarşı hərbi müdaxilə qərarı vermək səlahiyyətini əlindən alan qanun layihəsi qəbul etmişdi.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın