Cümə axşamı , Aprel 18 2024
azfa

Moskva Dövlət Universitetində ermənilər Azərbaycana qarşı təxribata cəhd göstərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi Moskva Dövlət Universitetində (MDU) erməni təxribatının qarşısını alıb.

Səfirlik bildirir ki, son günlər sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb. Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib:

“Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. Eləcə də vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib”.

Səfirlik Rusiyadakı Azərbaycan icmasının bütün nümayəndələrinə vətəndaş mövqelərini ifadə etdikləri üçün təşəkkürünü bildirib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın