Muğanlı müğənniyə Azərbaycan televiziyasında mahnı müsabiqəsində iştiraka görə qadağa qoyulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsindən olan müğənni Humayun Arazın (Ali Cəfər)Azərbaycan Respublikasının televiziyasında ATV-də çıxışına görə Güney Azərbaycanda fəaliyyətinə qadağa qoyulub.

Müğənni bu barədə İnstaqram səhifəsində bir neçə video paylaşıb və bildirib ki, Azərbaycanda bir mahnı müsabiqəsinə qatıldığı üçün, həmçinin Apasabada salam göndərdiyinə görə rejimin Parsabadda yerləşən Ettelaat İdarəsi və Ümumi Məkanlara Nəzarət İdarəsi tərəfindən xaricə çıxışına qadağa qoyulub. Həmçinin onun musiqi fəaliyyətinə qadağa qoyulub.

Azərbaycanlı müğənni yaydığı videoda acınacaqlı vəziyyətə salındığını bildirib.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın