Cümə axşamı , Aprel 18 2024
azfa

Mühəndis Əmaninin anım mərasimində yaxalanan daha 3 fəal zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü ilə mərasimində yaxalanan azərbaycanlı fəal Vəhid Əbhəri, Məhəmməd Mərdi və Fərhad Pakruh noyabrın 2-də vəsiqə qarşılığında zaminə buraxılıblar.

Qeyd edək ki, azərbaycanlı fəal Vəhid Əbhəri ötən həftə ildönümü mərasimində yaxalanan fəallar arasında olub və müəyyən səbəblərdən gec zaminə buraxılıb. Azərbaycanlı fəallar Məhəmməd Mərdi və Fərhad Pakruh isə oktyabrın 28-də mərasimlə bağlı yaxalanan fəallar zaminə buraxıldığı zaman onları qarşıladıqları üçün yaxalanmışlar.

Fəallar Məhəmməd Mərdi və Fərhad Pakruhun hər birinin 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıldığı bildirilir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın