Şənbə , Aprel 20 2024
azfa

Mühəndis Məhəmmədrza Qurbani rejimin məmurları tərəfindən döyülərək ciddi xəsarət alıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəal və Marağa zindanında həbsdə olan Həkimə xanım Əhmədinin həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbani rejimin məmurları tərəfindən döyülərək ciddi xəsarət alıb. Nəticədə onun başı və sağ əli sınıb.

Azərbaycanlı fəal bu barədə 2018-ci il noyabr ayının 21-də bir video çəkərək, döyülmə nəticəsində ağır bədən xəsarətləri aldığını əhaliyə çatdırıb.

Azərbqaycanlı fəal videoda deyir: “Günorta saatlarında Mərəndin ETTELAAT Şöbəsindən mənə zəng edərək, idarəyə müraciət etməyimi istədilər.  Evdən küçəyə çıxdıqdan sonra bir avtomobilin dayandığını gördüm. Sərnişinlərdən biri yaxınlaşaraq məndən Qubani olduğumu soruşdu, mən də cavabında bəli dedim. Budan sonra o mənim başıma çox ağır zərbə endirdi, zərbədən başım yarıldı. Məmurlar məni döydü, bir neçə dəqiqə sonra yoldan keçənlərdən biri məni qurtardı və məmurlar getdi”.

Fəalın sözlərinə görə, hadisədə onun başı və sağ əli qırılıb və ayaqlarına da xəsarət dəyib. O hazırda çətinliklə yeriyə bilir.

Mühəndis Qurbani bildirib ki, o döydükdən sonra məmurlardan biri kinayə ilə ona deyib ki, indi çərşənbə günü Marağaya gedə bilərsən!

Qeyd edək ki, işğlaçı və irqçi fars rejimin məmurları 2018-ci il oktyabrın 26-da Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin evinə hücum edərək, fəalı döyərək yaxalamışdılar. Evə vəhşicəsinə hücum edən rejimin məmurları fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla hədələmişdilər. Məmurlar vəhşicəsinə evdə axtarış aparıb, evin bir çox əşyasını sındırmışdılar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

Azərbaycanlı xanım fəal Həkimə Əhmədinin iki uşağı var. O sentyabrın əvvələrində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Mühəndis Qurbani isə həyat yoldaşı Həkimə xanımın işgəncə edilməsi barədə məlumatları ictimailəşdirdiyi üçün işgəncəyə məruz qalıb.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın