Mühacir kürdlər Azərbaycana ərazi iddiası məqsədilə Urmiya bölgələrinin türk mənşəli adlarını kürdləşdirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar irqçi fars rejim tərəfindən Güney Azərbaycana məskunlaşdırılan mühacir kürdlər Qərbi Azərbaycan vilayətinin Urmiya bölgəsində yerləşən Bozsinə dağının, eləcə də digər yer adlarını təhrif edərək, bu bölgənin adını kürdləşdirməyə cəhd edirlər.

Bu istiqamətdə rejimin Urmiyanın Silvana hissəsinə təyin etdiyi başçı koronavirus bəhanəsilə yaydığı bəyanatda bölgənin türk mənşəli adlarını PKK terrorçularının Azərbaycanı kürdləşdirmək məqsədilə təhrif etdikləri kimi tamamilə təhrif edib kürdləşdirmişdir. Bəyanatda Türk mənşəli Sülük şəlaləsini Sulik şəklində, Bozsinə dağ adını Bozesina, Şəhərçayı Su Bəndini Silvana gölü və Sutökən yera dını Suledokel şəklində təhrif edilib. Rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali isə bu fitnəkarlığın arxasında dayanır.

Həmçinin mühacir kürdlər bir neçə nəfərlik dəstələr şəklində Azərbaycana qarşı fitnəkarlıqla məşğuldurlar. Onlardan bir dəstə iyulun 16-da Bozsinə dağına gedərək orada üzərində kürdcə yazılar olan lövhə quraşdırıblar.

Lövhədə Azərbaycanın turistik məkanlarından olan dağın və ərazinin adını Bozesina şəklində təhrif edilib.

Qərbi Azərbaycanda azərbaycanlıların qatili olan İsmayılağa Simitqonun nəvəsi Arman Simitqo isə öz İnstagram səhifəsində məlumat yayaraq həmin lövhənin onun tərəfindən hazırlandığını yazıb. Beləliklə, terrorçu kürdlər Güney Azərbaycanda ikinci Qarabağ probleminin startını vurmağa şərait hazırlayırlar.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın