Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Mühacir kürdlərin Sulduz şəhərinin adını təhrif etmələrinə kəskin cavab-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, son zamanlar rejimin Azərbaycanın qərb bölgəsində planlaşdırması ilə Sulduzdan məclisə millət vəkili seçilən kürd olan Əbdülkərim Həsənzadə Sulduzun tarixi adını təhrif edərək Nəqədə şəklində işlədilməsini istəyib. O hətta azərbaycanlıların və bir sıra yerli məsulların Sulduz adını işlətməsindən qəzəblənib.

Lakin mövcud olan bütün tarixi sənədlərdə Azərbaycanın bu bölgəsinin adının Sulduz olduğu heç kimə sirr deyildir. Hətta Səfəvi dövrü mənbəsi olan Aləmarayi Abbasidə də həmin yerin adı Sulduz kimi qeyd edilib.

Qeyd edək ki, Pəhləvi hakimiyyəti dövründə onların antitürk və Antiazərbaycan siyasəti ilə Güney Azərbaycanda yer adları dəyişdirilmiş və həmin dövrdə Sulduzun da adının Nəqədə şəklində təhrif edildiyi məlumdur. Lakin yerli əhali bu bölgə və şəhərin adını qədimdən olduğu kimi Sulduz şəklində istifadə edirlər. Mühacir kürdlər isə yer adlarını dəyişib yenicə köçdükləri Azərbaycan ərazilərinə iddia etməyi qarşıya məqsəd qoyublar.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın