Şənbə , Aprel 20 2024
azfa

Müzakirəyə getməyəcəyini deyən Xamneyi neft ixracına icazə almaq üçün Zərifi G7-yə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-la müzakirəyə getməyəcəyini iddia edən Xamneyi cüzi neft ixracına icazə almaq üçün Zərifi G7-yə göndərdi.

Artıq rejim özü də bu məsələni təsdiq etdi.

İran nümayəndələrinin olduğu təyyarə Biarris aeroportuna enib. Bu aralar həmin aeroport yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edir. “Flightradar24” bildirib ki, enən təyyarə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərifin rəsmi səfərlər zamanı uçduğu təyyarədir.

Qeyd edək ki, cümə günü Parisə səfər edən Məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian və Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Məhəmməd Cavad Zərifin G7 sammitinə səfərini təsdiqləyib.

Musəvi Zərifin sammitə Fransa XİN rəhbərinin dəvətilə qatıldığını bildirib. O, Zərifin Fransada ABŞ nümayəndələri ilə görüş keçirməyəcəyini deyib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın